SÜRÜCÜ HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Anar Məmmədovun “Mercedes” və Zaur İmamverdiyevin “VAZ-2107” markalı avtomaşınları toqquşmuşdur. Nəticədə, “Jiquli”nin sürücüsü hadisə yerində ölmüş, xəsarət almış bir sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.