SÜRÜCÜLƏRİN VƏ NƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN DİQQƏTİNƏ!
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, fevralın 21-22-də Bakı şəhərində yüksək səviyyədə dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən şəhərin mərkəzi hissəsində, o cümlədən İnşaatçılar, H.Cavid, Neftçilər, Tbilisi, Azərbaycan, Bülbül, Parlament prospektlərində, Bakıxanov, Niyazi, S.Vurğun, H.Hacıyev, R.Behbudov, İstiqlaliyyət, Mehdi Hüseyn, Üzeyir Hacıbəyov küçələrində və tıxacların yaranmasına səbəb ola biləcək yerlərdə avtomaşınların dayanacağına yol verməməklə, nəqliyyatdan mümkün qədər az istifadə etmələri xahiş olunur.