“Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı” mövzusunda vebinar təşkil olunub
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsindən “Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı” mövzusunda tədbir keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, vebinarda Böyük Britaniyanın “Oxbotica” şirkətində maşın öyrənməsi mühəndisi vəzifəsində çalışan Tərlan Süleymanov çıxış edib.
Tədbir zamanı sənayedə mövcud texnoloji yeniliklərdən biri olan sürücüsüz avtomobillər, onların cəmiyyətə faydaları, yarada biləcəyi maneələr və işləmə prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin ali təhsil müəssisələrinin texnologiya transferi prosesində iştirak etməsi imkanları müzakirə olunub.
İki yüzdən çox dinləyicinin iştirak etdiyi vebinarın sonunda təhsil və sənaye sahəsinin yenilikləri haqqında suallar cavablandırılıb.
Xatırladaq ki, Oksford Robototexnika İnstitutunda elmi araşdırmalarını davam etdirən Tərlan Süleymanov, eyni zamanda, Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisidir və hazırda assosiasiyanın həmsədri olaraq da fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:57]
Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]
Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub
- 08.06.2026 [14:34]
BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq
- 08.06.2026 [12:28]