Sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur
Bakı, 27 dekabr, AZƏRTAC
Abşeron yarımadası üzrə yeddi sürüşmə sahəsində - Bayıl dərəsi, Badamdar, Zığ-1, Qaraçuxur sahələri, Zəli gölü, Nübar massivi, Günəşli yaylasında, eyni zamanda, bölgələrdə mütəmadi olaraq monitorinqlər aparılır. Hazırda həmin sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Ə.Əliyevin sözlərinə görə, Badamdar sahəsində ötən il baş vermiş sürüşmə prosesindən sonra bərkitmə və bərpa işləri davam edir. Zəli gölü, Nübar sahəsi və qismən Günəşli yaylasında isə zəif aktivlik qeydə alınıb: “Sürüşmələr texnogen, geoloji və mövsümi xarakterli səbəblərdən baş verir. Mövsümi xarakterli intensiv və böyük həcmli yağıntıların düşməsi sürüşmə proseslərində aktivlik yarada bilər. Son həftələrdə baş vermiş yağıntılardan sonra ekzogen geoloji proseslərin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb”.
İdarə Heyətinin sədri onu da bildirib ki, regionlarda yağan yağışlardan sonra lokal aktivləşmələrin baş verməsinə baxmayaraq, sürüşmə ərazilərində ciddi dəyişikliklər qeydə alınmayıb, yeni sürüşmə zonaları müşahidə edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]