Şuşa baharı ağ libasda qarşılayır FOTO VİDEO
Şuşa, 21 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşa şəhəri baharı ağ örpəyə bürünərək qarşılayır. Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Şuşada qarın hündürlüyü 1 metrdən yuxarıdır. Havanın temperaturu mənfi 5 dərəcədən aşağı düşüb.
Şuşa şəhərindən ən son görüntüləri təqdim edirik.
Fotolar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidməti tərəfindən təqdim olunur.