Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa şəhəri gələcək inkişafı baxımından böyük dəyişikliklər ərəfəsindədir

Şuşa şəhəri gələcək inkişafı baxımından böyük dəyişikliklər ərəfəsindədir

Bakı,18 mart, Rauf Hacıyev, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Ötən il sentyabrın 27-də başlamış Vətən müharibəsinin gedişində dünyanın bir sıra nüfuzlu media təmsilçilərinə müsahibə verən Prezident İlham Əliyev Qarabağ münaqişəsinin tarixi, uzun illik siyasi danışıqlar prosesinin bir nəticə verməməsi, Ermənistanın son təxribatları haqqında geniş auditoriyaya məlumat verməklə yanaşı, bildirmişdir ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsində qətiyyətlidir və Şuşasız bizim işimiz yarımçıq qalar. Qarabağın işğaldan azad edilməsindən dərhal sonra Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etmiş və bildirmişdir ki, yaxın gələcəkdə Şuşa bu statusu ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Şuşa şəhərinin hazırkı vəziyyəti, həmçinin gələcəkdə bu şəhərdə görüləcək işlərlə daha yaxından tanış olmaq məqsədilə Prezident İlham Əliyev ilk dəfə yanvarın 15-də Şuşa şəhərinə səfər edib, burada icra ediləcək layihələrlə bağlı tapşırıq və tövsiyələrini verib, həmçinin bir sıra vacib mesajlar və bəyanatlar səsləndirib. Dövlət başçısı bu səfərində açıq bəyan edib ki, Şuşa tarixən Azərbaycan şəhəri olub və bundan sonra azərbaycanlılar bu şəhərdə əbədi olaraq yaşayacaqlar. Şuşanın bir şəhər kimi bütün inkişaf tarixi Azərbaycanla bağlıdır. Son 28 ildə isə Ermənistan nəinki bu şəhərdə hər hansı bərpa işi görməyib, əksinə, burada Azərbaycan xalqının tarixi mədəni irsini məhv edib, şəhəri bərbad vəziyyətə salıb. Prezident İlham Əliyev Şuşa şəhərində səfərdə olarkən bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan destruktiv ritorikası ilə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini pozub. Onun Şuşa şəhərinə qeyri-qanuni səfəri, burada səsləndirdiyi fikirlər və yersiz hərəkətləri Azərbaycan xalqının qəzəb hissini daha da coşdurub. Məhz N.Paşinyanın Şuşanın Ermənistan ordusu tərəfindən işğalı günündə bu şəhərə gələrək təşkil edilmiş kef məclisindəki rəqsi ilə Azərbaycan xalqının qürurunu və milli hisslərini təhqir etmək istəyib. Lakin 44 günlük Vətən müharibəsinin gedişində müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi düşməni dərindən sarsıdıb və müharibənin taleyini həll edib. Yenilməz Azərbaycan Ordusu sıx meşələrin içərisindən keçərək sıldırım qayalıqlardan dırmaşıb və düşmən ordusunu qəfil həmləsi ilə çaşqın vəziyyətə salıb. Uğurlu Şuşa əməliyyatı və şəhərin işğaldan azad olunması müstəqil Azərbaycan Respublikasının hərb tarixinin ən şanlı səhifəsi kimi tarixə həkk olunub.

Prezident İlham Əliyevin martın 16-da Şuşaya səfəri Qarabağın, xüsusən də Azərbaycan mədəniyyətinin incisi hesab olunan bu şəhərin son 28 ildə erməni işğalçıları tərəfindən bərbad vəziyyətə salınmasını və hazırkı vəziyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından böyük əhəmiyyətə malikdir. Ölkə başçısının öz ailə üzvləri ilə birgə Şuşaya ikinci dəfə səfəri və orada səsləndirdiyi fikirlər bir daha göstərir ki, bu şəhər hər bir azərbaycanlı kimi Prezident İlham Əliyevin də qəlbində xüsusi hörmətə, sevgiyə və nəvazişə malik bir şəhərdir. Bugünkü Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də Vətən müharibəsindəki şanlı Qələbəmizin əsas rəmzidir. Ümumilikdə isə Şuşa həm təbii-coğrafi gözəlliyinə və təbii iqlim xüsusiyyətlərinə, həm də Azərbaycanın ictimai-siyasi və mədəni tarixində oynadığı rola görə müstəsna əhəmiyyətə malik bir şəhərdir.

Son 28 ildə düşmənin Şuşada törətdiyi qarət və talanlar, burada azərbaycanlılara məxsus bütün tarixi mədəni irsi məhv etməsi bu şəhəri baxımsız və hər cür inkişafdan geri qalmış bir məkana çevirib. Lakin artıq Şuşanın inkişafı üçün yeni bir dövr başlayıb. Məqsəd Şuşanın tarixi görkəmini bərpa etmək və bu şəhəri açıq səma altında muzeyə çevirməkdir. Hazırda Şuşa şəhəri gələcək inkişafı baxımından böyük dəyişikliklər ərəfəsindədir. Artıq Şuşada ümumşəhər miqyaslı tarixi bərpa, yenidənqurma və tikinti işlərinə başlanılıb. Tezliklə Şuşa özünün həm tarixi görkəmini bərpa edəcək, həm də dünyanın ən gözəl şəhərlərindən biri kimi yerli və xarici turistlərin diqqətini cəlb edəcək. Həmçinin Şuşada bu ildən başlayaraq Xarı Bülbül Festivalı, Vaqif Poeziya Günü və bir sıra festivallar keçiriləcək, beynəlxalq mədəni tədbirlər təşkil ediləcək.

Yanvarın 15-də ölkə başçısının Şuşaya səfəri zamanı Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün erməni vandalları tərəfindən güllələnmiş büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması tarixi ədalətin bərpası, Prezident İlham Əliyev qətiyyətinin isə təntənəsidir. Çünki Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlət başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Bundan sonra büstlərin öz yerində, lakin güllələnmiş halda nümayiş etdirilməsi Şuşaya gələcək hər bir xarici qonağa düşmənin əsl mahiyyətinin ifşası baxımından böyük təbliği əhəmiyyətə malikdir.

Şuşada böyük Azərbaycan şairi, Qarabağ xanlığının baş vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsinin böyük əhəmiyyəti var. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib. Hazırda Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın rəhbərliyi ilə Vaqifin muzey-məqbərə kompleksində bərpa işlərinə başlanılıb. Muzey-məqbərə kompleksi Fondun hesabına və yeni layihə əsasında bərpa ediləcək. Bərpa işləri nəticəsində məqbərənin əvvəlki görkəmi bərpa ediləcək, önündə isə Vaqifin büstü qoyulacaq.

Şuşanın 28 illik işğalı dövründə şəhərdəki bütün tikililər kimi məscidlər də dağıdılıb. Hazırda Şuşadakı məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib və yaxın vaxtlarda bərpa layihəsi təqdim ediləcək. Tezliklə şəhərdəki Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin tarixi görkəminin bərpasına başlanılacaq.

Şuşadakı bərpa işləri nəticəsində vaxtilə şəhərdə mövcud olmuş bütün bulaqların əvvəlki fəaliyyəti bərpa ediləcək. Şəhərin ən məşhur bulaqlarından biri Natəvan bulağıdır. Bu bulaq da Heydər Əliyev Fondunun vəsaiti hesabına və yeni layihə əsasında bərpa ediləcək.

Şuşanın işğalı dövründə dağıntıya məruz qalan tarixi abidələrdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Şuşa şəhərinin tarixi mərkəzində yerləşmiş bu saray həm də Pənahəli xanın iqamətgahı olmuşdur.

Erməni vandalizminin ağır nəticələrini özündə əks etdirən tarixi abidələrdən biri də Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksidir. Hazırda Şuşanın bu tarixi tikilisində də əsaslı bərpa işlərinə başlanılıb.

Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək - 1992-ci ilədək fəaliyyət göstərib. Tikili indi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək.

Şuşa şəhərinin genişmiqyaslı bərpa planına uyğun olaraq “Qarabağ” mehmanxanasında əsaslı təmir-bərpa işləri aparılacaq. “Qarabağ” mehmanxanası ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Lakin bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.

Hazırda Şuşada bərpa edilən mədəni mərkəzlərdən biri də Şuşa Xalça Muzeyidir. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb.

Tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək Şuşa həm də xarici turistlərin diqqətini cəlb edəcək. Bu baxımdan şəhərdə “beş”, “dörd” və “üç” ulduzlu otellərin tikilməsi zəruridir. Hazırda Şuşada yenidən qurulan Park oteldə işlər başa çatdıqdan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.

Beləliklə, yaxın gələcəkdə Şuşa özündə tarixiliklə müasirliyi əks etdirən, möhtəşəm tarixi zəfərimizin əsas rəmzi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO