“Şuşada evimiz” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub
Bakı, 23 may, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsi və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.
İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Gənclər Evində baş tutan sərgidə Mərkəzin dərnək üzvlərinin əl işləri nümayiş olunub.
Sərgiyə baxış keçirən İdman İdarəsinin rəisi Vüqar Əliyev, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova və digərləri uşaqlara uğurlar arzulayıblar.
Sərgi iştirakçılarına Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.