Sutka ərzində İranda koronavirusdan 156 nəfər ölüb
Tehran, 14 sentyabr, AZƏRTAC
Bu gün İranda 2 min 619 koronavirusa yeni yoluxma halı qeydə alınıb, 156 nəfər bu virusdan ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 404 min 648 nəfər, ölənlərin sayı isə 23 min 313-ə çatıb.
Müalicəsi davam edən 3 min 798 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 348 min 13 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]