TACİKİSTANDA MÜVƏQQƏTİ MƏSKUNLAŞMIŞ MİNƏDƏK ƏFQAN QAÇQIN KANADAYA KÖÇÜRÜLMÜŞDÜR
Əfqan qaçqınlar Tacikistana sovet qoşunlarının məhdud kontingenti Əfqanıstandan çıxarılmağa başlandığı vaxtdan başlayaraq müxtəlif dövrlərdə gəlmişlər. Qaçqınların Tacikistana ən böyük axını Əfqanıstan Şimal İttifaqının Taliban qoşunları ilə qarşıdurması dövrünə təsadüf etmişdir. 1999-2002-ci illərdə Tacikistanın sərhəd Pənc çayındakı adalarında 15 minədək əfqan cəmləşmişdi. Taliblər darmadağın edildikdən sonra qaçqınların bir hissəsi vətənə dönmüş, digərləri daha təhlükəsiz yerlərdə qalmışdır. Hazırda Düşənbədə və Tacikistanın bir sıra digər şəhərlərində 2,5 mindən çox əfqan yaşayır. Bəziləri burada ailə qurmuşdur, bizneslə məşğul olur və buna görə də heç yerə getmək istəmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]