TAEKVONDO ÜZRƏ SEMİNAR VƏ İMTAHANLARKEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 13-14-də “Musado” idman və əyləncə kompleksində taekvondo üzrə məşqçi və müəllimlərin ümumrespublika seminar və imtahanı keçiriləcəkdir. 70-dək taekvondoçunun iştirak edəcəyi seminar və imtahanları Azərbaycan Taekvondo Federasiyasının texniki direktoru, VI dan qara kəmər sahibi Ox Kvanq Çol aparacaqdır.