Tahir Mirkişili: Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var
Bakı, 13 mart, Vüqar Qurbanoğlu, AZƏRTAC
Milli Məclisin martın 13-də keçirilən iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi ilə bağlı məlumat verib.
Qeyd edib ki, əmanətlərin 77 faizi dövlət tərəfindən qorunur. O, həmçinin əlavə edib ki, bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib. Lakin yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu, o deməkdir ki, hazırkı neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır.
Onun sözlərinə görə, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək. “Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. İnsanları təşvişə düşməməyə çağırıram”, - deyə komitə sədri vurğulayıb. O, həmçinin əlavə edib ki, Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:02]
Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb
- 16.06.2026 [16:01]