SİYASƏT
Tallinndəki Azadlıq meydanı dövlət bayrağımızın rənglərinə boyanıb



Tallinn, 29 may, AZƏRTAC
Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə paytaxt Tallinndəki Azadlıq meydanı (Vabaduse väljak) dövlət bayrağımızın rənglərinə boyanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Estoniyadakı Səfirliyinin təşəbbüsü və Tallinn şəhər Meriyasının dəstəyi ilə Azadlıq meydanının fənərləri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Qeyd edək ki, ötən ildən etibarən Tallinn şəhərinin Azadlıq meydanının Respublika Günündə Azərbaycan bayrağının rənglərində işıqlandırılması artıq ənənəyə çevrilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn -