TANINMIŞ AZƏRBAYCAN RƏSSAMININ YUBİLEYİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın rəngkarlıq janrında 20-yə yaxın əsəri nümayiş etdirilir.
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov sərginin açılış mərasimində mərhum rəssamın yaradıcılığından danışmışdır. Qeyd etmişdir ki, ötən əsrin 80-ci illərində Yuran Məmmədov yaradıcılıq məhsuldarlığı ilə Azərbaycan rəssamları arasında seçilirdi. Geniş müşahidə qabiliyyətinə, özünəməxsus yaradıcılıq üslubuna, çevik və dərin təxəyyülə malik rəssamın əsərləri müxtəlif sərgilərdə nümayiş etdirərək sənətsevərlər tərəfindən təqdir olunurdu.
Milli Məclisin deputatı Fəttah Heydərov, xalq artisti Tariyel Qasımov və başqaları rəssamın Naxçıvan lövhələrini xüsusi vurğulamış və bildirmişlər ki, bu qədim diyarın, bütün guşələri Yuran Məmmədovun tablolarında öz əksini tapmışdır.
Axırda Hafiz Məmmədov qardaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin iştirakçıları və təşkilatçılarına ailələri adından minnətdarlığını bildirmişdir.