TANINMIŞ TİBB İŞÇİSİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 27 il Gəncə səhiyyəsinə rəhbərlik etmiş əməkdar həkim Ələsgər Məmmədovun anadan olmasının 80 illiyi münasibətilə yubiley gecəsi keçirilmişdir. Tədbirdə şəhər yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi İlqar Məmmədov tanınmış səhiyyə işçisinin həyat və fəaliyyəti haqqında danışmışdır. Sonra vaxtilə onunla çiyin-çiyinə işləmiş həmkarları, Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş döyüş dostları çıxış edərək xatirələrini söyləmişlər.
Gəncə səhiyyəsinin inkişafında müəyyən xidmətləri olan Ələsgər Məmmədovun xatirəsini əbədiləşdirmək üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır.
Yubilyarın oğlu Azər Məmmədov atasının xatirəsinə göstərilən ehtirama, haqqında deyilən xoş sözlərə görə ailəsi adından təşəkkür etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]