Tanzaniyada daşqın və torpaq sürüşməsi nəticəsində 47 nəfər ölüb
Bakı, 4 dekabr, AZƏRTAC
Leysan yağışları və torpaq sürüşmələri Tanzaniyanın şimalında çoxsaylı insan tələfatına səbəb olub.
AZƏRTAC BBC telekompaniyasına istinadla xəbər verir ki, təbii fəlakət Hananq dağı bölgəsində azı 47 nəfərin həyatına son qoyub, 80 nəfər yaralanıb. Kəskin hava şəraiti nəticəsində evlərə və infrastruktura ciddi ziyan dəyib. Ölkə Prezidenti Samiya Həsən axtarış-xilasetmə işlərinə yardım üçün milli təhlükəsizlik qüvvələrini həmin bölgəyə göndərib.
Qeyd edək ki, daşqınlar Tanzaniyada hər il on minlərlə insana zərər vuran ciddi təhlükə yaradır. Ötən ay daşqınlar paytaxt Dar-Əs-Salam şəhərində və digər bölgələrdə insan tələfatı və dağıntılarla müşayiət olunub. Leysan yağışları ölkənin bəzi bölgələrində əkin sahələrinə ciddi ziyan vurub.
Tanzaniyanın meteorologiya idarəsi ay ərzində yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]