Tarix Muzeyində eramızdan əvvəl XI-VIII əsrlərə aid əqiq muncuqlar qorunur
Bakı, 7 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda eramızdan əvvəl XI-VIII əsrlərə aid əqiq muncuqlar saxlanılır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu nümunələr 1926-cı ildə görkəmli arxeoloq İvan Meşşaninov tərəfindən 6 nömrəli Xocalı kurqanından aşkar edilib. Muncuqlar əsasən yastı kürə və qalın disk şəklindədir. Kobud kəsildiyindən müxtəlif forma və ölçüyə, qırmızımtıl rəngə malikdir.
Bu zinət əşyası aid olduğu dövrün tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]