Tarix Muzeyinin əməkdaşının məqaləsi beynəlxalq konfransın materialları toplusunda yer alıb
Bakı, 16 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun məqaləsi Bakı Avrasiya Universitetində onlayn formatda keçirilmiş Beynəlxalq Avrasiya Zirvəsi VI Elmi Araşdırmalar və Aktual Problemlər Konfransının nəşr olunmuş materialları toplusunda yer alıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “XIX əsrin ikinci yarısında İranda dini-siyasi duruma baxış (Mirzə Mülküm xanın yaradıcılığı əsasında)” adlı məqalədə iranlı mütəfəkkir Mirzə Mülküm xanın həyat və yaradıcılığından, onun Mirzə Fətəli Axundzadə və digər azərbaycanlı ziyalılarla əlaqəsindən, dövrün ictimai-siyasi, dini vəziyyətindən bəhs olunur.
Konfransın məqalələr toplusu da nəşr olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:11]
Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]