Tarix Muzeyinin yeni ekspozisiyasında kəlağayıya aid xüsusi vitrin
Bakı, 22 iyul, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında kəlağayıya aid xüsusi vitrin təqdim ediləcək.
Bu barədə AZƏRTAC-a muzeyin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulova məlumat verib. Bildirilib ki, vitrində Şəki, Basqal, Şamaxı və Naxçıvanda istehsal olunmuş kəlağayılar yer alır. XIX əsrə və XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar öz unikallığı ilə diqqəti cəlb edir.
Kəlağayı - Azərbaycanda qadınlara məxsus, ipək sapdan hazırlanmış dördkünc formalı baş örtüyüdür. Kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib.