TASİS-İN YENİ LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Bunu AZƏRTAC-ın müxbirinə Avropa Birliyinin Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə Bürosundan (ƏB) bildirmişlər.
Əlaqələndirmə Bürosunda qeyd etmişlər ki, layihənin direktoru Naycel Pikok və ekspertlər qrupunun rəhbəri Metyu Kristofer layihənin həyata keçirilməsi sahəsində səylərin əlaqələndirilməsi məqsədi ilə Bakıya gələcəklər. Onların iyulun 5-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və ƏB-nin direktoru Əsgər Ələkbərov ilə görüşü nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Avropa Komissiyası “Landell Mills” şirkətini TASİS proqramının kontraktoru seçmiş və Bakıda öz bürosunu açmışdır.