Tatarıstan ilə sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi müzakirə edilib
Bakı, 16 iyun, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Tatarıstan Respublikasının “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və “İdeya Kapital” İdarəetmə şirkətinin baş direktoru Aleksey Qruşinlə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sənaye parklarının təşkili, idarə edilməsi və inkişafı sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.