TAXIL TOXUMÇULUĞUNUN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müşavirədə taxılçılığın elmi əsaslarla inkişafından geniş söhbət açılmış, sosial-iqtisadi problemlərin həlli istiqamətində görülən işlər müəyyənləşdirilmişdir. Tədbirdə Bərdə və Tərtər rayonlarının fermerləri, özəl toxumçuluq təsərrüfatlarının, bitki mühafizə stansiyalarının rəhbərləri, dövlət toxum müfəttişləri, elmi işçilər iştirak etmişlər.
Müşavirədə qeyd olunmuşdur ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli seleksiyaçı alim, akademik Cəlal Əliyevin tükənməz enerjisi və elmi axtarışları toxumçuluğun inkişafına güclü təkan verir. Aqrar regional mərkəzlərində, bölgə təcrübə stansiyalarında alimin rəhbərliyi ilə arpa, bərk və yumşaq buğdanın seleksiyası aparılır, xəstəliyə davamlı yüksək məhsuldar sortlar yaradılır.
Tədbir iştirakçıları təcrübə mübadiləsi aparmış, Tərtər Bölgə Təcrübə Stansiyasının taxıl sahələri ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]