TBİLİSİ DİNAMOÇULARINA DAHA BİR BRAZİLİYALI QOŞULDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tbilisinin “Dinamo” futbol klubunda daha bir braziliyalı oynayacaqdır. Bu, son illər Braziliyanın “Kuritiba” klubunda çıxış etmiş 22 yaşlı yarımmüdafiəçi Rafael Luis Teserdir. Müqavilə dinamoçular Almaniyada məşqlərdən vətənə qayıtdıqdan sonra imzalanacaqdır.
Braziliyalı futbolçu son iki həftə ərzində dinamoçularla bir yerdə Almaniyada toplanışda olmuşdur. Tbilisililər burada Çempionlar Liqasının təsnifat mərhələsi matçlarına hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirmişlər. Klubun baş məşqçisi xorvat İvo Şuşak Teseri “Dinamo”da saxlamaq qərarına gəlmişdir. Braziliyalı ona yaxşı təsir bağışlamışdır.
Teser “Dinamo”nun heyətində ikinci braziliyalı legioner olacaqdır. Artıq il yarımdır ki, müdafiəçi Karlos da Roça bu klubda uğurla çıxış edir.
İyulun 16-da “Dinamo” klubu öz meydanında Çempionlar Liqasının təsnifat mərhələsində “Tirana” (Albaniya) ilə ilk matçını keçirəcəkdir. Tamaşaçılar bu oyuna buraxılmayacaq - ötən ilin avqustunda Tbilisi stadionunda “Liberets” (Çexiya) ilə görüşdə gürcü azarkeşlərinin xuliqanlıq hərəkətlərinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbərliyi belə qərar qəbul etmişdir.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]