TBİLİSİ ŞƏHƏRİNƏ GÜN ƏRZİNDƏ 170 MİN KUBMETR AZ QAZ VERİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son üc ayda ikinci dəfədir ki, Tbilisi şəhərinə təbii qaz kəsirlə verilir. Səbəb şəhəri qazla təmin edən “Qazprom” şirkətinə “Tbilqaz”ın yığılıb qalan borcudur. Hazırda Tbilisi gün ərzində 370 min kubmetr əvəzinə 200 min kubmetr təbii qaz alır. Buna görə də şəhərin Samqori-Çuğureti rayonuna qaz verilişi dayandırılmışdır.
“Tbilqaz”ın baş direktoru Nadar Qobianidze bildirmişdir ki, “Qazprom” borcun 500 min dollarını ödəməyi tələb edir. Yaxın günlərdə bu tələbi ödəyə bilsək, şəhərin təbii qazla normal təminatı bərpa olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]