TBİLİSİDƏ PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiya və Cənubi Qafqaz ölkələri parlament sədrlərinin növbəti görüşündə iştirak etmək üçün oktyabrın 11-12-də Tbilisidə səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov və parlamentin işlər müdiri Əhməd Cəfərov daxildirlər.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Sergey Mironovun təşəbbüsü ilə keçiriləcək bu tədbirdə Qafqazda ictimai-siyasi durum, regional münaqişələrin həlli yolları, dövlətlərarası münasibətlərin inkişafına mane olan halların aradan qaldırılması, bölgənin təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin
Mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]