TBİLİSİDƏ QAFQAZ AĞSAQQALLARI PALATASI YARADILMIŞDIR
Gürcüstan parlamentinin “Majoritarlar” fraksiyasının rəhbəri, “Böyük Qafqaz Ensiklopediyası” redaksiya heyətinin sədri Besik Cuğeli bildirmişdir ki, palatanı yaratmaqdan məqsəd bölgədə baş verən prosesləri təhlil etmək, mehriban qonşuluq dəyərlərini yaymaq, adamların hüquqlarını və şərəfini qorumaq, Qafqaz xalqlarının dinc birgəyaşayış təcrübəsini nəzərə almaqla onların qarşılıqlı münasibətlərini proqnozlaşdırmaq və dövlət strukturları üçün müvafiq tövsiyələr hazırlamaqdır.