TEATR REJİSSORUNUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Teatrın direktoru, xalq artisti Hacıbaba Bağırov yubiley tədbirini açaraq bildirmişdir ki, F.Zöhrabov indiyədək müxtəlif teatrlarda müvəffəqiyyətlə tamaşaya qoyulan 40-a yaxın əsərə quruluş verib. Son illər onun quruluş verdiyi 5 əsər bizim teatrda səhnə həyatını yaşayır. Onların arasında Tamara Vəliyevanın “Bankir adaxlı” və Qeybulla Rəsulovun “Məhəbbət oyunu” pyesləri əsasında səhnəyə qoyduğu eyniadlı tamaşalar müasirliyi və dinamikliyi baxımından seçilir.
Teatr xadimləri ittifaqının sədri Azər Paşa Nemətov, AMADT-in direktoru, xalq artisti Əliabbas Qədirov, aktyor Novruz Qartal və başqaları rejissorun aktyorlarla iş üslubundan, quruluş verdiyi tamaşaların məziyyətlərindən danışmış, əlamətdar gün münasibətilə yubilyarı təbrik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]