Təbliğat-təşviqat işi cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən də rəğbətlə qarşılanır
Bakı, 4 oktyabr, AZƏRTAC
Döyüş əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində təbliğat-təşviqat işinin rolu danılmazdır. Bu tədbirlərin keçirilməsində məqsəd ordu-xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də xalqımızın orduya dəstəyi və etimadını hərbi kollektivlərə çatdırmaqla şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin daha da yüksəldilməsidir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əyani təbliğat-təşviqat tədbirləri çərçivəsində Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri şəxsi heyətə və mülki sakinlərə çatdırılır, əldə edilən qələbələr barədə məlumatlar operativ şəkildə yayımlanır.
Səyyar səsyayıcı stansiyaların tətbiqi ilə keçirilən tədbirlərin hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilməsi şəxsi heyət, eləcə də cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]