“Təbriz folklor mühiti” kitabı çapdan çıxıb
Bakı, 30 may, AZƏRTAC
AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Mətanət Maşallahqızının (Abbasova) “Təbriz folklor mühiti” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda ilk olaraq qədim və zəngin mədəniyyətə malik Təbriz şəhərinin tarixi, müxtəlif dövrlərdə siyasi vəziyyəti, iqtisadi-ticarət əlaqələrinin inkişafı və s. haqqında məlumat verilib. Nəşrdə ardıcıl şəkildə Təbriz dialektinin xüsusiyyətləri, eləcə də atalar sözləri, bayatılar, nağıllar, lətifələr, el mərasimləri və aşıq ədəbiyyatı əsasında elmi-nəzəri araşdırma aparılıb.
Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 324 səhifəlik kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçiləri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər və filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı - Süleymanovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək
- 02.10.2026 [17:43]
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər
- 02.10.2026 [17:37]