Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb
Bakı, 21 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həbs olunmuş Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]