Tədqiqat: İnkişaf etmiş ölkələrdə kişilər qadınlardan daha çox ət yeyir
Bakı, 14 iyun, AZƏRTAC
Kişilər qadınlardan daha çox ət yeyir, lakin bu tendensiya dünyanın bütün ölkələrində müşahidə olunmur.
AZƏRTAC xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan araşdırmaya əsasən, inkişaf etmiş ölkələrdə kişilər və qadınlar arasında ət istehlakında daha böyük fərqlər var. Kişilər və qadınlar arasında bərabərlik artdıqca ət istehlakında fərq də çoxalır.
Araşdırma Sürix Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Onların sözlərinə görə, gender bərabərliyi yüksək olan ölkələrdə insanların istədiklərini yemək üçün daha çox imkanları var. Çox vaxt birgə yemək zamanı daha fərqli çeşidlərə qərar verilə bilər və qadınlar arasında vegetarian seçimlər daha çox olur. Ətin baha olduğu kasıb ölkələrdə isə insanlar ondan daha az istifadə etməyə məcburdur və ailədə adətən bir növ yemək bişirilir.
Tədqiqatçılar 23 ölkədə 20 mindən çox insan arasında nə qədər ət yedikləri ilə bağlı sorğu keçiriblər. Kişilərin daha çox ət yediyi ölkələr arasında Almaniya ön sırada qərarlaşıb. Hindistan, Çin və İndoneziyada isə kişilər və qadınlar arasında ət istehlakındakı fərq çox azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]