TEHRAN FRANSA DİPLOMATİYASINI İRANIN NÜVƏ PROQRAMI BARƏDƏ FİKİRLƏRİNDƏ HƏDDİNİ AŞMAMAĞA ÇAĞIRMIŞDIR
O, İranı “gizli hərbi nüvə proqramı” həyata keçirməkdə təqsirləndirən Fransanın xarici işlər naziri Filipp Dust-Blazinin bəyanatına münasibətini bildirərək demişdir: “Biz, Birləşmiş Ştatlar kimi, Avropa İttifaqının da irəli sürdüyü ittihamları dinləməyə borclu deyilik. Ölkəmizə qarşı yönəldilmiş təbliğata rəğmən, biz nüvə silahı yaratmaq istəmirik, çünki Nüvə silahının yayılmaması haqqında Müqavilənin üzvüyük”.
Laricani vurğulamışdır ki, “Fransa tərəfindən belə bəyanatlar bizdə təəssüf hissi doğurur, ona görə ki, bu ölkə iranlıların nəzərində xüsusi mövqe tutur”. O qeyd etmişdir ki, “indi vəziyyəti mürəkkəbləşdirmək çox asandır. Odur ki, diplomatlar kəskin sözlər işlətməkdən çəkinməlidirlər”.
Bundan əvvəl Fransa XİN-in başçısı “Frans-2” telekanalına müsahibəsində belə fikir söyləmişdi ki, “İranın nüvə proqramına heç bir mülki məqsəd haqq qazandıra bilməz. Deməli, söhbət İranın məxfi hərbi nüvə proqramından gedir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]