TƏHSİL NAZİRİ ABŞ-IN MÜLKİ TƏDQİQATLAR VƏ İNKİŞAF FONDUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə M.Mərdanov MTİF-in Azərbaycanda elmin inkişafı üçün çox iş gordüyünü bildirmiş və həmin qurumun dəstəyi ilə Milli Elm Fondunun yaradılmasını müsbət hal kimi qiymətləndirmişdir.
Respublikamızın iqtisadi inkişafa görə dünyada qabaqcıl yer tutduğunu qeyd edən nazir, Azərbaycanın tarixən neft ölkəsi olduğunu, gələcəkdə bu sahə ilə bağlı elmin inkişafına sərmayə qoyulmasının zəruriliyini söyləmiş, ölkə üçün vacib mütəxəssislərin dünyanın aparıcı universitetlərində hazırlanmasının əhəmiyyətini vurğulamışdır.
Görüşdən məmnun qaldığını bildirən Fred Conson, təmsil etdiyi təşkilatla ölkəmiz arasında artıq iki birgə maliyyələşdirilən proqram olduğunu diqqətə çatdırmışdır.
Görüşdə elmin inkişafı ilə bağlı layihələr müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]