Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Cənab Prezident, son illərdə Sizin yüksək diqqətiniz nəticəsində ölkədə təhsilin inkişafı, xüsusilə də ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində bir sıra çox ciddi nailiyyətlər əldə edilmişdir. Təkcə 2005-ci ildə müxtəlif mənbələr hesabına 194 yeni məktəb, 134 məktəbdə əlavə korpuslar inşa edilmişdir. 194 yeni məktəbdən 20-si Dövlət Proqramına əsasən, 132-si Heydər Əliyev Fondunun təşəbbüsü ilə, qalanları isə müxtəlif mənbələr hesabına tikilmişdir.

Cənab Prezident, bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə əsaslı təmir olunmuş və avadanlıqla təchiz edilmişdir. 2005-ci ildə ümumilikdə Azərbaycanda 396 məktəb əsaslı təmir olunmuşdur.

Cənab Prezident, yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Sizin tapşırığınızla Azərbaycanda təhsil sahəsində 8 proqram həyata keçirilir. 3 proqram təsdiq olunmaq üçün təqdim edilmişdir, 3 proqram üzərində isə ciddi hazırlıq işləri aparılır.

Cənab Prezident, icazənizlə, ölkəmizin paytaxtı Bakı şəhərində 1000-dək təhsil müəssisəsini əhatə edən infrastruktur, bu sahədə mövcud olan problemlər, görülmüş işlər və perspektivlər barədə qısaca məlumat verim.

Hazırda Bakı şəhərində 350 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 186-sı şəhərdə, 164-ü isə ətraf qəsəbələrdə yerləşmişdir. Aparılan təhlil göstərir ki, qəsəbələrdəki uşaq bağçalarının 65 faizi uyğunlaşdırılmış binalarda yerləşir. 67 faizinin əsaslı təmirə ciddi ehtiyacı vardır, əksəriyyəti qızdırılmır. Son 15 ildə Bakı şəhərində yeni uşaq bağçası tikilməmişdir. Əksinə, şəhərdə yerləşən uşaq bağçalarında 737 məcburi köçkün ailəsi məskunlaşmışdır. Hazırda uşaqların məktəbəqədər təhsilə cəlbi respublika üzrə 19,6 faiz, Bakı şəhərində 27,6 faiz təşkil edir. Bunlar o qədər də yüksək göstərici deyildir.

Son illərdə məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün bir sıra tədbirlər görülmüşdür. O cümlədən YUNİSEF, YUNESKO, Ümumdünya Ərzaq Proqramı, Açıq Cəmiyyət İnstitutu Yardım Proqramı tərəfindən bir sıra layihələr həyata keçirilir. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış sazişə əsasən, “Erkən yaş dövründə uşaqların inkişafı” üzrə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşəcək proqram layihəsi üzərində iş başa çatdırılmışdır. Bu proqrama əsasən, Bakı şəhərinin Xətai rayonu bunun tərkib hissəsi olacaqdır. Eyni zamanda, Sizin tapşırığınızla məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə beşillik İnkişaf Proqramı hazırlanmış və hökumətə təqdim edilmişdir.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə son illərdə ümumi orta təhsil sahəsində bir sıra ciddi tədbirlər həyata keçirilsə də, bəzi problemlər hələ də qalmaqdadır. Yüksək diqqətinizə çatdırıram ki, hazırda Bakı şəhərində 346 orta məktəb fəaliyyət göstərir. Bunlardan 150-dən çoxu ətraf qəsəbələrdə yerləşir. Şəhərin orta məktəblərinin 31 faizi məktəb üçün nəzərdə tutulmayan, müasir tələblərə cavab verməyən uyğunlaşdırılmış binalarda yerləşir.

Paytaxt məktəblərinin böyük əksəriyyətində şagird sıxlığı müəyyənləşdirilmiş normadan bir neçə dəfə çoxdur. Son on ildə bir növbədə fəaliyyət göstərən məktəblər 41 faizdən 13 faizə enmişdir. Hazırda Bakıda üç və dörd növbədə işləyən məktəblər də mövcuddur. Məktəblərin yarıdan çoxunda dərslər iki növbədə keçirilir. Son 15 il ərzində Bakı şəhərində şagirdlərin sayı 115 min nəfər artdığı halda, cəmi 9 yeni məktəb binası inşa olunub istifadəyə verilmişdir.

Məktəb tikintisini zəruri edən daha ciddi bir problem son illərdə paytaxtda yeni yaşayış binalarının və yaşayış massivlərinin inşasının geniş vüsət almasıdır. Lakin cənab Prezident, narahatlıq doğuran hal ondan ibarətdir ki, yeni yaşayış massivləri salınarkən həmin ərazilərdə təhsil müəssisələrinin inşası nəzərdə tutulmur.

Hazırda şəhərdə çox geniş tikinti getdiyini, çoxmərtəbəli binaların inşasını və bu işlərin gələcəkdə də davam edəcəyini nəzərə alaraq, hesab edirik ki, sökülən ərazilərdə təhsil müəssisələri infrastrukturunun yaradılması ən vacib və təxirəsalınmaz məsələlərdən biridir.

Məktəblərin bir növbəyə və beş günlük iş rejiminə keçməsi ilə bağlı Sizin Fərmanınızın həyata keçirilməsi Bakı şəhərində yeni məktəblərin və mövcud məktəblərin yanında əlavə korpusların inşasını daha da zəruri etmişdir. Aparılan təhlil göstərir ki, hazırda Bakı şəhərində təxminən 100-dək yeni məktəb binasının inşasına ehtiyac yaranmışdır. Ümumilikdə şəhərin 122 məktəbində şagirdlərin təlim-tərbiyə prosesinin normal təşkili üçün əlavə sinif otaqlarının inşasına ciddi ehtiyac yaranmışdır.

Cənab Prezident, məlumat verim ki, son illərdə şəhərin ümumtəhsil məktəblərinin əsaslı və cari təmiri istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. 2004-cü ildə 49 məktəb, 2005-ci ildə 78 məktəb əsaslı təmir edilmişdir. 2004-cü ildə Bakı şəhərində vaxtilə zəlzələdən ziyan çəkmiş 39 məktəb tam bərpa olunmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş məktəb tikintisi Proqramına əsasən, 5 ildə Bakı şəhərində 5 yeni məktəbin inşası nəzərdə tutulmuşdur. Ümumilikdə müxtəlif mənbələr hesabına 2005-ci ildə Bakı şəhərində 2 yeni məktəb tikilib istifadəyə verilmişdir.

Bir məsələni də əlavə edim ki, məktəb tikintisinə ciddi ehtiyac olduğunu nəzərə alaraq, Sizin tapşırığınızla “Bakı şəhəri və Abşeron rayonunda yeni ümumtəhsil məktəblərinin və mövcud məktəblərə əlavə korpusların inşası ilə əlaqədar Proqram” hazırlanmış və bunun həyata keçirilməsi üçün investisiya proqramında kifayət qədər vəsait ayrılmışdır.

Cənab Prezident, nəhayət, Sizin tapşırığınızla hazırlanmış “Bakı şəhərinin kənd və qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı” layihəsinə əsasən, - onun tərtibində biz də iştirak etmişik, - 2006-2007-ci illərdə 17 yeni məktəbin, 20 məktəbin yanında əlavə korpusların inşası nəzərdə tutulmuşdur. Eyni zamanda, Proqram layihəsində 20 məktəbin əsaslı təmiri, 12 uşaq bağçasının inşası, 14 uşaq bağçasının, 4 məktəbdənkənar tərbiyə müəssisəsinin, 1 peşə məktəbinin əsaslı təmiri də nəzərdə tutulmuşdur. Bu Proqram çərçivəsində Sabunçu rayonunun Zabrat qəsəbəsində 1176 yerlik yeni məktəbin təməl daşı məhz Sizin tərəfinizdən qoyulmuşdur və məktəb növbəti dərs ilinədək istifadəyə veriləcəkdir.

Heydər Əliyev Fondu tərəfindən 2006-cı il üçün hazırlanan Proqramda şəhərin Binəqədi, Sabunçu, Əzizbəyov, Suraxanı, Qaradağ rayonlarında 11 məktəbin yanında yeni əlavə korpusların inşası, 10 məktəbin isə əsaslı təmiri nəzərdə tutulmuşdur. Cənab Prezident, Sizin tapşırığınıza əsasən inşa edilən yeni məktəblər yüksək keyfiyyətli avadanlıqla, informasiya-kommunikasiya texnologiyaları ilə təmin ediləcək, binalarda müasir istilik sistemi quraşdırılacaqdır.

Cənab Prezident, respublikanın və paytaxtımızın ümumi təhsil sistemində mövcud olan daha bir problemi də diqqətinizə çatdırmaq istəyirəm. Bakı şəhərinin ümumtəhsil məktəblərinin 50 faizi mərkəzləşdirilmiş istilik sistemi, 33 faizi fərdi qazanxanalar, 17 faizi isə digər vasitələrlə qızdırılır. Məktəblərin 17 faizində, ümumiyyətlə, istilik sistemi yoxdur. 32 faizində istilik sisteminin əsaslı təmirə ciddi ehtiyacı vardır, 40 faizində qismən işləyir. Son bir il ərzində Bakının 110-dan çox məktəbinin istilik sistemi qaydaya salınmışdır. Sizin tapşırığınızla biz “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti ilə bu istiqamətdə yeni bir proqram hazırlayırıq.

Cənab Prezident, yekun olaraq onu qeyd etmək istəyirəm ki, bu gün yüksək diqqətinizə çatdırdığım proqramlara əsasən, 2006-2007-ci illərdə ölkədə 92 yeni məktəbin, 140 məktəbin yanında 62036 yerlik əlavə korpusların inşası nəzərdə tutulmuşdur. O cümlədən 2006-cı ildə 68 yeni məktəb, 48 məktəbin yanında əlavə korpuslar inşa ediləcəkdir. Əgər buraya hər il Heydər Əliyev Fondu tərəfindən 100-dən çox məktəbin tikilməsini də əlavə etsək, gələcəyə böyük ümidlə baxmağa əsasımız var. Mənə belə gəlir ki, həmin proqramlar həyata keçirildikdən sonra bu dövr ölkəmizin təhsil tarixində bir intibah dövrü kimi qalacaqdır.

Cənab Prezident, Sizin tapşırığınızla bu günlərdə Bakının bir neçə qəsəbəsində olmuşam. Nüfuzlu adamlar, ağsaqqallarla görüşərkən bir daha şahidi oldum ki, onların hamısının Sizə, apardığınız işə böyük hörmətləri vardır. Onlar Sizə hörmət və ehtiramlarını çatdırdılar. Onlar da, biz də inanırıq ki, nəzərdə tutulan proqramlar həyata keçiriləcək və bu dövr Azərbaycanın təhsilində, bütövlükdə Azərbaycanda intibah dövrü kimi yadda qalacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

İLHAM ƏLİYEV: Sağ olun. İndi rayonlarda məktəb tikintisi çox geniş vüsət alıbdır. Siz qeyd etdiniz ki, keçən il, 300-dən çox yeni məktəb və əlavə korpuslar tikilibdir. İndi şəhərətrafı qəsəbələrdə də məktəblərin tikintisi nəzərdə tutulubdur. Bu il və gələn il onların əsas tələbatı ödəniləcəkdir. Amma belə çıxır ki, Bakıda da məktəb tikintisinə böyük ehtiyac vardır. Siz deyirsiniz ki, Bakıda 100 məktəb tikilməlidir.

MİSİR MƏRDANOV: Bəli.

İLHAM ƏLİYEV: Gərək biz bu barədə də fikirləşək.

MİSİR MƏRDANOV: Cənab Prezident, Sizin təsdiq etdiyiniz 3 illik proqramda Bakıda və Abşeronda məktəblərin tikilməsi nəzərdə tutulub və bu, ilbəil yerinə yetiriləcəkdir.

İLHAM ƏLİYEV: Bütövlükdə Azərbaycanda neçə məktəb var?

MİSİR MƏRDANOV: Azərbaycanda 4552 orta məktəb var.

İLHAM ƏLİYEV: Onların neçə faizi yaxşı vəziyyətdədir?

MİSİR MƏRDANOV: Cənab Prezident, məktəblərin təxminən 70 faizi yaxşı vəziyyətdədir və bunların da əsas hissəsi son 3 ildə tiklilmiş və təmir olunmuş məktəblərdir.

İLHAM ƏLİYEV: Gərək biz buna böyük diqqət göstərək. Əlbəttə, bu, bizi çox narahat edən bir sahədir. Son illər ərzində bu sahədə böyük irəliləyiş olubdur. Gərək çalışaq ki, gələcəkdə də bu sürətlə öz işimizi davam etdirək və Azərbaycanda bütün məktəblər ən yüksək səviyyəyə, ən yüksək standartlara cavab versin. İndi kompyuterləşmə proqramı da həyata keçirilir. Yəqin ki, biz gələn il onu başa çatdıracağıq. Bütün məktəblərdə kompyuter sinifləri yaradılacaqdır və əminəm ki, təhsil sahəsində ciddi irəliləyiş olacaqdır.

Bəzi fondlar tərəfindən, xarici fondlar tərəfindən də məktəb tikintisinə dair müəyyən işlər aparılır. Amma, sözün açığı, bu işlər çox ləng gedir. Əlbəttə, biz bütün yardımlara, köməklərə böyük hörmətlə yanaşırıq. Ancaq öz işimizi gərək müstəqil şəkildə quraq. Bizim indi imkanımız da var, proqramlar da tərtib edilibdir. Biz Azərbaycanda bütün məktəbləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Əlbəttə, onlarda, necə deyərlər, həm gözəl şərait olmalıdır, eyni zamanda, infrastruktur da olmalıdır. İstilik sistemi də bərpa edilməlidir. “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti də indi bu sahədə işləyir. Amma gərək çalışasınız bütün məktəblərdə istilik sistemi olsun ki, uşaqlar qışda üşüməsinlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib