Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUNÇIXIŞI

- Zati-aliləri!

Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Təhsil Nazirliyi öz fəaliyyətini, əvvəlki illərdə olduğu kimi, bu il də ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş təhsil sahəsində islahatlar proqramı, cənab Prezident, Sizin imzaladığınız fərman, sərəncamlar, verdiyiniz tapşırıq və tövsiyələr əsasında qurmağa çalışmışdır. Cari ildə təhsil sahəsində ən ciddi problemlərlə bağlı 8 proqram üzrə iş aparılmışdır. İcazə verin, bu istiqamətdə keçirilən tədbirlər haqqında qısa məlumat verim.

Möhtərəm cənab Prezident, birincisi, 2005-ci ildə ölkəmizdə müxtəlif mənbələr hesabına 29 min 786 yerlik 171 yeni məktəb binası, 22 məktəbin yanında 2460 yerlik əlavə korpuslar tikilibdir. Bu il ölkəmizdə 396 məktəb əsaslı təmir olunmuş, 1430 məktəb cari təmir edilmişdir. Yeni tikilmiş 171 məktəbin 132-si Heydər Əliyev Fondunun təşəbbüsü ilə, 14-ü Dövlət Proqramına əsasən, 25-i isə digər mənbələr hesabına inşa olunmuşdur. Mən Sizə və müşavirə iştirakçılarına böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Azərbaycanın tarixində məktəb tikintisi, əsaslı və cari təmiri sahəsində nəinki bu həcmdə, bunun üçdə biri həcmində də heç vaxt iş görülməmişdir.

İkincisi, hörmətli cənab Prezident, Sizin şəxsi tapşırığınıza müvafiq olaraq, bu il Bakı şəhərində və Abşeron rayonunda məktəb tikintisi proqramı hazırlanmışdır. Əlbəttə, əlaqədar təşkilatların iştirakı ilə. Bu proqrama əsasən, 3 ildə Bakı şəhərində və Abşeron rayonunda 60 minədək şagird yerlik yeni məktəb və əlavə korpusların inşa edilməsi nəzərdə tutulmuşdur. Konkret olaraq, 2006-cı ildə Bakı şəhərində 2956 yerlik 4 yeni məktəbin, 22 məktəbdə 9288 yerlik əlavə korpusların, Abşeron rayonunda isə 3036 yerlik 5 yeni məktəbin inşası nəzərdə tutulmuşdur. Eyni zamanda, yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində ən müasir tələbləri ödəyən 6028 şagird yerlik 5 yeni məktəbin inşasına başlanacaqdır və yeni tədris ilinədək bu məktəblər istifadəyə veriləcəkdir.

Üçüncüsü, şagirdlərin dərsliklə pulsuz təminatı qərarınıza əsasən, Azərbaycan postsovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin olunmasını reallaşdıran yeganə ölkə olmuşdur. Böyük məsuliyyətlə Sizə bildirirəm ki, bu il 1-ci sinifdən 11-ci sinifə qədər bütün şagirdlər dövlət vəsaiti hesabına dərsliklərlə pulsuz təmin olunmuşdur. Bundan əlavə, xüsusi ehtiyacı nəzərə alınaraq Naxçıvana, əlavə olaraq, 25 min 200 ədəd, Gürcüstana 72 min ədəd, Dağıstana 12 min ədəd dərslik də Sizin hədiyyəniz kimi çatdırılmışdır.

Dördüncüsü, məktəblərin avadanlıqla təmin olunması barədə Dövlət Proqramına əsasən, bu il dövlət büdcəsindən 10 milyard manat vəsait ayrılmışdır. Proqrama əsasən, məktəblərə müasir standartlara cavab verən şagird masası, yazı lövhəsi, müəllim masası və oturacağı olmaqla, yüksək keyfiyyətli avadanlığın verilməsinə başlanmışdır və proqram uğurla həyata keçirilir.

Beşincisi, cənab Prezident, yenə də Sizin tapşırığınızla hazırlanmış və 2004-cü ildə təsdiq etdiyiniz məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının icrası üçün 2005-ci ildə büdcədən 20 milyard manat vəsait ayrılmışdır. Proqramın reallaşdırılması istiqamətində bütün təşkilati işlər başa çatdırılmış, müəllimlər üçün treninqlər təşkil olunmuş, proqram təminatında elektron təlim materiallarının hazırlanması ilə bağlı tədbirlər həyata keçirilmişdir. Cari ilin sentyabrından kompüter avadanlığının məktəblərə verilməsi başlanmışdır.

Məlumat vermək istəyirəm ki, ilin sonunadək Bakı və Sumqayıt şəhərlərində 156 məktəb 4557 kompüter və digər avadanlıqlarla təmin olunacaqdır. 2006-2007-ci illərdə bu işlər davam etdiriləcək və hər 33 şagirdə 1 kompüter nisbəti reallaşdırılacaqdır. Eyni zamanda, bu iş reallaşdırılarkən məktəblərdə 10 min əlavə iş yeri də açılacaqdır. Bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Sizin razılığınızla BMT-nin İnkişaf Proqramı tərəfindən, bu proqrama dəstək kimi, 300 min dollar vəsait də ayrılmışdır.

Altıncısı, 2005-2009-cu illər üçün kadr təminatı proqramına əsasən, 5 ildə ölkənin ucqar kəndlərində 7 minədək pedaqoji kadra olan ehtiyacın ödənilməsi məqsədi ilə hər il 1300 nəfər müəllimin həmin yerlərə göndərilməsi nəzərdə tutulmuşdur. Bu günə qədər minə yaxın müəllim həmin yerlərə göndərilmişdir.

Yeddincisi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar inkişaf proqramıdır. Bu proqrama əsasən, beş il ərzində həmin uşaqların təhsil aldığı müəssisələrin fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilməlidir. Bu sahədə təhsilin məzmunu yeniləşdiriləcəkdir. İnkliyuziv təhsil üzrə pilot layihəsi həyata keçiriləcəkdir. Məlumat vermək istəyirəm ki, proqrama uyğun olaraq beynəlxalq təşkilatlarla birlikdə üç proqram həyata keçirilir. Ümumilikdə, 30-dək təhsil müəssisəsini və 100-dən çox uşağı əhatə edən Proqram artıq həyata keçirilməkdədir.

Nəhayət, səkkizinci, 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının üçüncü mərhələsində nəzərdə tutulan tədbirlərdir. Eyni zamanda, Dünya Bankı ilə təhsil sektorunun inkişafı layihəsi üzrə ardıcıl tədbirlər də həyata keçirilir.

Cənab Prezident, bundan əlavə, Sizin tapşırığınızla biz üç proqramı da il ərzində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Bunlar məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə proqram, texniki peşə təhsilinin inkişafı üzrə proqram və xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramlarıdır. Eyni zamanda, məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanan sazişə əsasən, erkən yaş dövründə uşaqların inkişafı üzrə həmin bank tərəfindən maliyyələşəcək və 2006-2010-cu illəri əhatə edəcək kredit layihəsi hazırlanmış və Azərbaycan hökumətinə təqdim olunmuşdur.

Azərbaycan Respublikasında “Bilik günü”nün təsis olunması və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında Sizin Fərmanınıza müvafiq olaraq, bu il bir növbədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 1-ci, 11-ci sinif şagirdləri, iki və üç növbədə fəaliyyət göstərən məktəblərin birinci–beşinci sinif şagirdləri beşgünlük tədris həftəsinə keçmişdir. Bu iş mərhələlərlə gələcək illərdə davam etdiriləcəkdir.

Cənab Prezident, bu il azərbaycanlı şagirdlər kimya, biologiya, fizika, riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalarda uğurla iştirak ediblər. Şagirdlərimiz Vətənə üç qızıl, üç gümüş, altı bürünc medalla dönüblər. Hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3500-dək əcnəbi tələbə təhsil alır. Xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, 2004-cü illə müqayisədə bu, min nəfər çoxdur. Yəni, bir il ərzində Azərbaycanın ali məktəblərinə gəlmiş xarici tələbələrin sayı min nəfər artmışdır. Bu da ölkədə yaranmış sabitliyin və iqtisadi inkişafın nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın orta məktəblərini bitirmiş 3 mindən artıq gənc yüksək göstəricilərlə ölkəmiz üçün zəruri ixtisaslar üzrə dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərində təhsil alırlar. Cari ildə YUNESKO-nun Baş direktoru ilə YUNESKO və Təhsil Nazirliyi arasında memorandum imzalanmışdır. Hazırda memorandumda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparılır. Bu il ali təhsilin Avropa ali təhsil sisteminə inteqrasiyası istiqamətində çox mühüm addım atılıbdır. Azərbaycan, rəsmi olaraq, Bolonya prosesinə qoşulmuşdur.

Hörmətli cənab Prezident, son illərdə təhsilin maliyyələşməsi sahəsində çox ciddi addımlar atılıbdır. Bir rəqəmi demək istəyirəm ki, 2006-cı ildə 2005-ci ilə nisbətən təhsilin maliyyələşməsinə 33 faizdən çox büdcə vəsaiti yönəldilmişdir. 2005-ci ildə təhsil işçilərinin, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. Sizin qeyd etdiyiniz kimi, Sərəncamınızla cari ilin sentyabrından aspirantların və tələbələrin təqaüdləri 2,5 dəfə artırılıbdır. Bu ilin oktyabrından isə minimum əmək haqqının artırılması ilə əlaqədar 320 mindən çox təhsil işçisinin əmək haqqı, orta hesabla, 25 faiz artaraq, 291 min manatdan 364 min manata, pedaqoji işçilərin orta aylıq əmək haqqı isə 398 min manatdan 497 min manata çatdırılmışdır.

Hörmətli cənab Prezident, Sizin təhsil işçilərinə qayğınızın nəticəsidir ki, bu il oktyabrın 5-də - “Müəllim günü”ndə Siz 219 nəfər təhsil işçisini orden, medal və fəxri adlara layiq gördünüz. Bunun nəticəsində həmin adamların əmək haqqı 150-250 min manat artıbdır. Bütün bunlara, bütövlükdə, Azərbaycan təhsilinə diqqət və qayğınıza görə çoxminli təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, eyni zamanda, biz belə hesab edirik ki, Azərbaycan çox mühüm siyasi hadisə qarşısındadır. Bir neçə gündən sonra Azərbaycanda parlament seçkiləri keçiriləcəkdir. Mən Sizə və iclas iştirakçılarına böyük məsuliyyətlə bildirmək istəyirəm ki, ölkəmizin çoxminli təhsil işçiləri əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən siyasi xətti yekdilliklə dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Təhsil işçiləri Sizin siyasi xəttinizə və dövlətçiliyə qarşı hərəkətlərə yol vermiş, xalqa və dövlətə xəyanət etmiş, radikal müxalifətlə, hətta cinayət törətmiş şəxslərlə birləşərək, dövlətin əsaslarını sarsıtmağa cəhd göstərmiş Fərhad Əliyevin, Əli İnsanovun, Fikrət Sadıqovun, Akif Muradverdiyevin və digərlərinin əməllərini pisləyir, onların bu hərəkətlərinin qarşısının alınması istiqamətində atılmış qətiyyətli addımları hamılıqla müdafiə edirlər.

Möhtərəm cənab Prezident, axırda bildirmək istəyirəm ki, son illərdə təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, xüsusilə Sizin təhsilə böyük diqqət və qayğınız bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin, mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident, Sizin həyata keçirdiyiniz strateji kursla inkişaf edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Çıxış üçün Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmova söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik