TƏHSİL SAHƏSİNDƏ İNTERNET ŞƏBƏKƏSİ İŞTİRAKÇILARININ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Görüşdə “Silk Layihəsi” icraiyyə komitəsinin sədri, “Porta Optika WP4”-ün əlaqələndiricisi Yatsek Qayevski ilə həmkarları “İpək” və OCCASİON layihələrini təqdim etmişlər.
NATO-nun Elmi Proqramının dəstəklədiyi “İpək” layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin və Əfqanıstanın milli elmi-tədqiqat şəbəkələrinin GEANT 2 şəbəkəsinə qoşulmasına imkan yaradır.
Natiqlər bildirmişlər ki, OCCASİON layihəsi yaxın gələcəkdə həm “İpək” layihəsi, həm də İpək Şəbəkəsi üzərində şəbəkə idarəçiliyini təmin edəcəkdir. Layihələnin həyata keçirilməsi iştirakçı ölkələrin milli elmi-tədqiqat və təhsil şəbəkələrinin fəaliyyəti haqqında məlumatın yayılmasına şərait yaradacaqdır.
Görüş iştirakçıları təhsildə informasiya kommunikasiyaları texnologiyasının tətbiqi məsələlərini də ətraflı müzakirə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]