CƏMİYYƏT
“Təhsiliniz Gələcəyimizdir” layihəsi reallaşdırılıb
Bakı, 1 iyun, AZƏRTAC
“ASAN xidmət” və “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü̈ ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təhsiliniz Gələcəyimizdir” layihəsi reallaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial təşəbbüs çərçivəsində uşaqlar uzaqdan təhsilə kənar qalmasın deyə Tərtərin Əskipara kəndinin həssas əhali qrupuna aid edilən ailələrinin üzvü̈ olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.
Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təşkil olunan onlayn tədris prosesinə internet imkanlarının məhdudluğu səbəbindən qoşula bilməyən şagirdlər üçün bu cür imkanları və fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.
Hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırırıq!