Tel-Əviv Qran-Prisinin üçüncü günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparır
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da İsrailin paytaxtı Tel-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin üçüncü gününün yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Doxsan kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev türkmənistanlı İhlas Setdarov, Tural Səfquliyev isə finlandiyalı Aatu Laamanen ilə qarşılaşacaqlar. Elmar Qasımov (100 kq) Luka Kunsabo (Rumıniya) və İsaak Bezzina (Malta) qarşılaşmasının qalibi ilə mübarizə aparacaq. Şahin Qəhrəmanov (+100) isə Çili təmsilçisi Fransisko Solisi məğlub etməyə çalışacaq. Uşangi Kokaurinin rəqibi Enej Mariniç (Sloveniya) və Daniel Natia (Rumıniya) döyüşünün qalibi olacaq.
Qadınların yarışında isə İrina Kinderskaya (+78) fransalı Laura Fuseau ilə tatamiyə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]