Təl-Əvivda “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilir
Bakı, 7 iyun (AZƏRTAC). İyunun 7-də İsrailin Təl-Əviv şəhərində “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı öz işinə başlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, komitənin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Asim Mollazadə, Yevda Abramov və Fərəc Quliyev daxildirlər.
Tədbirdə İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın, absorbsiya naziri xanım Sofa Landver, turizm naziri Stas Misejnikov, “Bizim evimiz - İsrail” partiyasının baş katibi xanım Faina Kirşenbaum, Knessetin təhsil, mədəniyyət və idman komitəsinin sədri Aleks Miller, bu ölkənin Belarusdakı səfiri İosif Şaqal, israilli deputatlar Orit Zuareç, Nino Abesadze, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayevin rəhbərlik etdiyi nümayəndə heyəti və diaspor təşkilatları iştirak edirlər.
Qurultayın Mandat Komissiyasının sədri Yuriy Boçarov tədbirdə İsrailin 18 şəhərindən 159 nümayəndənin iştirak etdiyini demişdir.
“Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası 2007-ci ildə təsis olunmuşdur. Təsis qurultayında o zaman Knessetin deputatı, əslən Bakılı İosif Şaqal “Azİz” Beynəlxalq Assosiasiyasının prezidenti seçilmişdir. Cari ilin yanvarından İ.Şaqal İsrailin Belarusdakı səfiri səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar bu vəzifəni tərk etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]