Tələbə: Sülhməramlılar yolu bağladıqları üçün Xankəndidəki uşaqlara yardım edə bilmirik
Şuşa, 18 dekabr, Elmir Səftərov, AZƏRTAC
Biz Xankəndidə yaşayan erməni uşaqlarını düşmən bilmirik. Onlar da Azərbaycan vətəndaşlarıdır. Hər zaman onlara kömək edə bilərik. Lakin oradakı qanunsuz silahlı birləşmələr oradakı əhali ilə aramızda düşmənçilik yaradırlar. Laçın-Xankəndi yolunu da biz yox, Rusiya sülhməramlıları bağlayıb. Onlar bizi Azərbaycan ərazisi olan Xankəndinə getməyə qoymurlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Zümrüd Həsənova söyləyib.
“Sülhməramlılar yolu bağladıqları üçün Xankəndidəki uşaqlara yardım edə bilmirik. Amma onlar yolu açsalar, biz həm monitorinq keçirə, həm də orada olan insanlara yardım edə bilərik”, - deyə tələbə qeyd edib.
O vurğulayıb ki, biz ermənilərlə sülh bağlamaq istəyirik. Lakin onlar düşmənçilik meyillərini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]