TƏLƏBƏLƏR ARASINDA FUTBOL ÜZRƏ BİRİNCİ AZƏRBAYCAN ÇEMPİONATINA HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, AFFA ilə Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə birinci Azərbaycan çempionatı ilə bağlı “Futbol dünyası” qəzetinin xüsusi buraxılışı çapdan çıxmışdır.
Buraxılışda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin geniş tərcümeyi-halı öz əksini tapmışdır.
AFFA prezidenti Rövnəq Abdullayevin və təhsil naziri Misir Mərdanovun ölkəmizdə futbolun inkişafı, bu idman növündə kütləviliyin artırılması məqsədi ilə görülən işlər, habelə gənc nəslin sağlam yetişməsində belə turnirlərin əhəmiyyəti barədə fikirləri yer almışdır.
Bundan əlavə AFFA-nın vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədovun fikirləri də buraxılışda öz əksini tapmışdır.
Sonuncu səhifədə isə çempionatda iştirak edən komandaların qruplar üzrə bölgüsünü əks etdirən cədvəllər və qrup mərhələsini adlayan kollektivlərin hansı ardıcıllıqla qarşılaşacağını göstərən sxem dərc olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]