“TƏLƏBƏLƏR AZAD SAHİBKARLIQ FƏALİYYƏTİNDƏ” OYUNU ÜZRƏ RESPUBLİKA ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 30-da “Park İNN Azərbaycan” mehmanxanasında Gənclər və İdman nazirliyi, “AZSİFE” MMC-nin birgə təşkilatçılığı ilə “Tələbələr azad sahibkarlıq fəaliyyətində” oyunu üzrə respublika çempionatının qalibləri məlum olmuşdur.
12 ali təhsil müəssisəsi komandalarının iştirak etdiyi yarışda birinci yeri Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yeri Bakı Biznes Universiteti tutmuş, üçüncü yeri isə Qafqaz Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universiteti bölüşmüşlər.
Yarışın qalibləri kubok, diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Digər nominasiyalar üzrə qalib gələn komandalara da diplomlar təqdim edilmişdir.
Birinci yerin sahibi cari il oktyabrın 1-2-də Sinqapurda keçiriləcək “Tələbələr azad sahibkarlıq fəaliyyətində” oyunu üzrə dünya çempionatında iştirak edəcəkdir.
Xatırladaq ki, çempionatın keçirilməsinin məqsədi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, onların sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək, eləcə də azad sahibkarlıq ideyasını gənclər arasında təbliğ etməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]