Tələbələr üçün “Asılı deyiləm-güclüyəm” adlı təlim təşkil olunub
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tərəfindən tələbələr üçün “Asılı deyiləm-güclüyəm” adlı təlim təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Təlimdə tələbələrə asılılığın psixoloji məqamları, növləri, yaranma səbəbləri izah edilib. Texnologiya, zərərli vərdiş asılılığı, sosial medianın fayda və zərərləri, aqressiya yaradan oyunların alt səbəbləri haqqında müzakirə aparılıb.
Asılı insanlar haqqında doğru bilinən yanlışlar və risk faktorları ilə bağlı tələbələrin fikirləri dinlənilib. Sonra texnologiya asılılığı haqqında videoçarx izlənilib.
Təlim iştirakçıları texnologiya aludəçiliyi haqqında yazılı testlərdən keçiblər. Onların testlərinin cavabları yoxlanılaraq müzakirə olunub.
Psixoloji yardım sektorunun “Oxu klubu” adlı digər layihəsi də hər həftənin bazar ertəsi günü saat 14.00-da öz fəaliyyətini davam etdirir. Yeni qatılmaq istəyən tələbələr üçün əlaqə nömrəsi: +994 (77) 304 24 48.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]