Tələbələr üçün elm düşərgəsi təşkil ediləcək
Bakı, 28 avqust, AZƏRTAC
Sentyabrın 7-10-da “Zuğulba” tədris-idman bazasında “Bir Könüllü” Tələbə Təşkilatının “Elm və innovasiya” proqramının təşkilatçılığı ilə tələbələr üçün elm düşərgəsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgədə ali təhsil müəssisələrinin biologiya, kimya və fizika ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan II-III kurs tələbələri iştirak edə bilərlər.
Düşərgədə iştirak etmək istəyənlər sentyabrın 4-dək qeydiyyatdan keçə bilərlər. Düşərgə ərzində beynəlxalq, həmçinin yerli elmi-tədqiqat institutlarında çalışan tədqiqatçılar təcrübələrini bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər.
Sessiyalar müddətində tələbələrə tədqiqat işinin necə aparılması, elmi məqalələrin yazılmasında diqqət edilməli məqamlar, həmçinin elmin etik qaydaları barədə məlumat veriləcək. Layihənin yekununda iştirakçılara sertifikat təqdim ediləcək.
Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla əlaqələrin qurulmasına şərait yaratmaq, həmçinin müasir dövrdə elm sahəsindəki
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]