Tələbələr və elmi işçilər üçün dəyərli kitab
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, kimya üzrə fəlsəfə doktoru Afət Hacıyevanın “Kimya” adlı dərs vəsaiti çapdan çıxıb. Dərs vəsaitində ümumi kimyanın əsas qanunları və elementlər kimyasının mövzuları əhatə olunub.
Bu barədə AZƏRTAC-a ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalov məlumat verib. O bildirib ki, nəşrin elmi redaktoru dosent Reyhan Ağayeva, rəyçiləri professor Özbək Əliyev və dosent Gülbuta Şəfaqətovadır.
Ə.Zalov kitabın kimya, biologiya və geologiya ixtisaslarında oxuyan tələbələr, doktorantlar, müəllimlər və elmi işçilər üçün dəyərli mənbə olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]