Təmas xəttində monitorinq zamanı Ermənistan tərəfindən atəş səsləri eşidilib
Oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Pyer Andryö (Fransa), elecə də ABŞ təmsilçisi C.Uorlikin köməkçisi David Salvo ilə görüşüblər.
Qısa söhbət zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin, yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxlanılmasından narazılıqlarını bildiriblər.
Sonra nümayəndə heyəti missiyasını yerinə yetirmək məqsədilə monitorinqin keçiriləcək əraziyə yollanıb.
Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 31.07.2026 [15:59]