Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tənha ahıllarla bağlı dövlət siyasəti milli-mənəvi dəyərlərə əsaslanır

Bakı, 23 may (AZƏRTAC). Dünyanı dərk edib, özümüzü tanıyandan ətrafımızda ata-anaya hörmət, ağsaqqala, ağbirçəyə dərin ehtiram görmüşük. Bu, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən olmuşdur. Müqəddəs kitabımız “Qurani-Kərim”də Allah-təala buyurur: “Ya Rəsulum! Səndən nə verəcəklərini soruşurlar. De: Verəcəyiniz hər bir xeyir valideynə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir” (“Bəqərə” surəsi 215-ci ayə). Uca Rəbbimiz bəşər övladına nazil etdiyi kitabda valideynlərə hörmət tələb edir, insan övladına Allah yanında bunun əvəzini görəcəyini xəbər verir.

Amma təəssüf ki, bəzən bunun əksi də olur. Valideynlər övlad qayğısından kənar qalır, böyüyüb boya-başa çatdırdığı övladından soyuq münasibət görür, nəticədə qocalar evlərinin sakinlərinə çevrilirlər. Bunun necə bir əzab olduğunu övladından bu münasibəti görənlər bilər.

Bu məqamda yenə ümid qalır dövlətə. Nə yaxşı ki, ölkəmizdə qocalar evləri vardır və dövlətimiz atılmış valideynlərə daim qayğı göstərir. Bu qayğı və diqqətin də əsasında min illərdən üzü bəri süzülüb gələn, milli mənəvi dəyərlərdən qaynaqlanan bir siyasi xətt durur...

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərlə qeyd edilir.

Məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və son 10 ildə Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır.

Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır və ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır. Eyni zamanda, bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilmişdir. Həmçinin dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.

Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir və son illər bu istiqamətdə mühüm işlər görülmüşdür.

Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda və digər dövlət proqramlarında ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır.

Hazırda paytaxtımıza yaxın bir ərazidə - Bilgəhdə yerləşən müharibə və əmək əlilləri üçün pansionatda çoxsaylı ahıllar üçün yaradılmış əlverişli şərait dediklərimizə əyani sübutdur.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bilgəh müharibə və əmək əlilləri üçün pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, pansionat üçün beşmərtəbəli, 170 yerlik ikinci korpus inşa olunmuş, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılmışdır.

Yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılmışdır. Hazırda burada tam dövlət təminatında 156 ahıl vətəndaş yaşayır. Qocalar evində qalanlar orada dövlət hesabına yaşasalar da, həm də təqaüdlərini 100 faiz alırlar.

Ötən il oktyabrın 1-də - Beynəlxalq Ahıllar Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak etmiş, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev demişdir: “Azərbaycanda veteranlara həmişə böyük hörmət olub. Ümumiyyətlə cəmiyyətimizin çox möhkəm dayaqları vardır və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olubdur. Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün...”.

Müharibə və əmək əlilləri üçün pansionatda tam dövlət təminatında olan, hərtərəfli qayğı ilə əhatə edilmiş ahıl vətəndaşlar yaşasalar da onların ən çox doğma, əziz adamların sevgisinə, məhəbbətinə ehtiyacı vardır. Hazırda dünyada bir çox ahıllar vardır ki, bu sevgidən məhrumdur. Səbəbinə gəldikdə isə onların sırasında yaxınlarını itirərək tənhalığa məhkum olan yaşlılarla yanaşı, övladları tərəfindən tərk edilərək yalqız qalanlar da vardır.

İkinci dəfədir yolumu müharibə və əmək əlilləri üçün pansionatdan salıram. Hər dəfə bura gəlişimdən sonra günlərlə düşüncəmə hakim kəsilən suallara cavab axtarmaqdan yorğun düşürəm. Bura qədəm basarkən oturacaqlarda tək-tənha əyləşib fikrə dalmış, bulud kimi dolmuş, gözlərində gizli bir kədər gizlənmiş, bir təbəssümə və bir övlad qayğısına ehtiyacı olan kövrək insanlarla qarşılaşırsan. Dərdləri özləri qədər ağır olsa da onlar maraqlı həmsöhbətdir.

Burada atılmış kimsəsiz qocaları gördükdə Allahını unudan, dünyanın gəlişindən-gedişindən bixəbər olan naxələf övladların da az olmadığını düşünürsən. Onlar unudurlar ki, hər bir insan yaşlanmağa məhkumdur.

İlk həmsöhbətim pansionatın sakini İlyas İsgəndərovdur. Bir ayağı və bir qolu şikəst olan həmsöhbətim bildirdi ki, 20 ildir ki bu pansionatda yaşayıram. Mən buranın vəziyyətindən çox razıyam. Burada bizim üçün hər cür şərait yaradılmışdır. 2006-cı ildə pensiyalar artandan sonra mən dörd il pensiyamı yığıb özümə bir avtomobil də almışam.

Bu məkan təkcə tənhalar evi deyil, həm də müxtəlif taleli insanların birləşdiyi, qovuşduğu, həmdərd, həmfikir olduğu bir yerdir. Burada hətta dünyanın qəminə üz çevirib, həyatı qaldığı yerdən davam etdirməyi bacaran, ömrünə yeni rəng, hava qataraq, ürəyinin səsinə qulaq asıb evlənənlər də vardır. Həmsöhbət olduğum Nina Kalmıkova və Cahangir Əfəndiyev məhz belələrindəndir. Artıq beş ildir ki, vətəndaş nikahında olan bu insanları dinlədikcə xoşbəxtliyin insanın öz əlində olduğuna bir daha inanmalı olursan.

Nina Kalmıkova ömrünün 27 ilini gəmidə aşpaz kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, dünyanın çox yerlərində olmuşdur, amma doğulduğu Bakı həmişə onu öz cazibəsində saxlamışdır. Valideynləri dünyasını dəyişəndən sonra bacısı ilə yaşamalı olmuşdur. Onu da itirdikdən sonra həyatını bu pansionatla bağlamışdır. Artıq 10 ilə yaxındır ki, buradadır. Elə Cahangir Əfəndiyevlə də burda tanış olmuş, onunla ailə həyatı qurmuşdur.

C.Əfəndiyev də bu evlilikdən məmnun görünürdü. Ömrünün çoxunu ali təhsilli hüquqşünas kimi Rusiyada keçirən həmsöhbətim deyir ki, orada ailə qursam da, övladlarım olsa da, bir qədər yaşa dolduqdan sonra qürbət diyarda qala bilmədim, Vətənə üz tutdum. Bakıda doğulmuşam, burada ali təhsilimi almışam, ötən illər ərzində Azərbaycandakı doğmalarımın demək olar ki, hamısını itirdim. Əlimi hər şeydən üzsəm də inamımı itirmədim, bu qocalar evinə pənah gətirdim. Artıq altı ildir ki, buradayam. Gördüyünüz kimi, dövlətimiz tərəfindən bizim yaşamağımız üçün hər cür şərait yaradılmışdır. Mən buna görə Prezidentimizə təşəkkür edirəm. Bizə bundan artıq nə etməlidirlər ki?

Pansionatda olan qocalar arasında qeyri-adi taleyi və həyat yolu olanlardan biri də Həbib Mirzəyevdir. O, səkkiz ildir ki, bu qocalar evinin sakinidir. Əslən Naxçıvanın Şərur rayonundan olsa da 1987-ci ildən Bakıda yaşayır. Burada ev-eşiyi, beş övladı olmasına baxmayaraq tale onu da qocalar evinə gətirib çıxarmışdır.

Dediyinə görə, övladlarından biri arabir onu görməyə gəlir. Özünün isə üz tutduğu yeganə məkan qardaşının evidir. 68 yaşlı həmsöhbətimin gözlərinə çökmüş kədəri elə ilk söhbətdən anlamaq mümkündür. Danışdıqca kövrəlir.....

Qocalar evində olarkən bir vaxtlar oxuduğum, müdrik adamlardan birinin dediyi bir ifadəni yenidən xatırladım: Həmişə bizi incitməyə qıyanlar, bir telinə də qıymadığımız adamlar olur.

Qeyd edək ki, ölkədə daha iki belə müəssisə fəaliyyət göstərir. Onlardan biri Gəncədə, digəri isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundadır.

Daim beynəlxalq münasibətlərə mühüm dəyər verən Azərbaycan hökuməti bu sahədə də öz ənənəsinə sadiqdir. BMT-nin baş katibi Pan Gi Mun ötən il 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə müraciətində hökumətləri ahılların ehtiyacları ilə əlaqədar daha çox tədbirlər görməyə səsləmişdir.

Sevindirici haldır ki, Azərbaycan hökuməti bu sahədə üzərinə düşən işi əsas vəzifələrdən biri kimi, çox yüksək səviyyədə, milli-mənəvi dəyərlər kontekstində həyata keçirir.

Bu istiqamətdə işini günün tələbləri səviyyəsində quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ahıl vətəndaşların sosial problemləri ilə daim maraqlanır, onların ehtiyaclarının müəyyənləşdirilərək həlli üçün müəyyən işlər görür, əlaqədar dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə ahılların sosial problemlərinin həlli naminə birgə layihələr həyata keçirir.

Görülmüş işlərin, bu sahədə qurulmuş düzgün siyasətin nəticəsidir ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda həmsöhbət olduğum insanların hamısı dövlətin onlara diqqətindən razılıqla danışırdılar.

Samirə Allahverdiyeva

AZƏRTAC-ın müxbiri

 

Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirdiyi müsabiqəyə təqdim edilir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüraliyev: TDT ölkələri ilə Yapiniya arasında sıx əməkdaşlıq üçün potensial var VİDEO

Kubanıçbek Ömüraliyev: TDT ölkələri ilə Yapiniya arasında sıx əməkdaşlıq üçün potensial var VİDEO

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib