TERMİNALIN BİRİNCİ HİSSƏSİNDƏ TAMAMLAMA İŞLƏRİ GÖRÜLÜR
Astara şəhərində Xəzər dənizinə və sərhəd-buraxılış məntəqəsinə yaxın 10 hektar ərazidə “Azərbaycan-Cənub” firmasının inşa etdiyi terminalın birinci kompleksində tamamlama işləri görülür. AZƏRTAC-ın müxbiri xəbər verir ki, burada üçmərtəbəli idarə binasının, iki ədəd 50 tonluq soyuducunun, iki anbarın, 45 tonluq qaldırıcı kranın, yük tərəzisinin, 15 tonluq su çəninin, ibadət evinin, yeməkxananın və digər yardımçı binaların tikintisi başa çatmışdır. Tikintinin birinci hissəsini fevral ayında istifadəyə vermək nəzərdə tutulmuşdur.
Terminalın birinci hissəsində 500 nəfər işlə təmin olunacaqdır.