TƏRTƏR RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Martın 1-də, Tərtər şəhərində abidənin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
Görüşə toplaşmış on minlərlə tərtərli dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Rayon Ağsaqqallar Şurasının sədri Həsən Pənahov görüşü açaraq dedi: Cənab Prezident, Tərtər rayonuna xoş gəlib, səfa gətirmisiniz! İlk gəlişiniz sayalı olsun! Sizi bütün Tərtər camaatı səmimi qəlbdən salamlayır. O cümlədən ağsaqqallar adından Sizi alqışlayırıq. Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk ki, Tərtərə çox böyük qayğı göstərirsiniz. Biz bunu unuda bilmərik. Həmişə Sizə yüksək məhəbbətimiz olacaqdır.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.