Tərtərdə “Əsgərə məktub” layihəsi təşkil olunub
Tərtər, 11 oktyabr, AZƏRTAC
“Vətən uğrunda” səyyar təşviqat dəstəsi Tərtər Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi ilə birlikdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əsgərə məktub” layihəsi keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə ürək sözlərini ünvanlayıblar.