TEVES FERGÜSONUN SÖZLƏRİNİ TƏKZİB ETMİŞDİR
Bakı, 16 iyul (AZƏRTAC). “Mançester Yunayted” komandasının keçmiş hücumçusu, çərşənbə günü “Mançester Siti” ilə beşillik müqavilə imzalamış Karlos Teves bildirmişdir ki, mançesterlilərin məşqçisi Aleks Fergüson onu komandada saxlamaq üçün cəhd göstərməmişdir.
Əvvəl yayılmış məlumata görə, İngiltərə çempionunun məşqçisi hücumçu ilə yeni müqavilə imzalmaq məqsədilə iki dəfə ona zəng etmişdir.
Argentinalı hücümçu demişdir: “Heç kəs mənimlə əlaqə saxlamamışdır. “Yunayted”də keçirdiyim iki ildə Fergüson mənə bir dəfə də olsa zəng etməmişdir”.
“Şəhərlilərin” 25 yaşlı yeni hücumçusu onu da bildirmişdir ki, bu komandaya keçməsi daha səmimi şəraitdə çıxış etmək arzusu ilə bağlıdır. Argentina seçmə komandasının futbolçusu demişdir: “Mənim “Mançester Siti” komandasına keçmək qərarımda pul heç də əsas amil olmamışdır. Mən elə komandada oynamaq istəyirəm ki, orada həqiqətən mənə bel bağlasınlar”.
Xatırladaq ki, “Şəhərlilər” Tevesin hüquqlarını təmsil edən şirkətlə 25 milyon funt sterlinq məbləğində müqavilə bağlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]